Tatev kanat yolunun çəkilməsinin maraqlı ...

Tatev kanat yolunun çəkilməsinin maraqlı tarixçəsi

Apr 03, 2023

image

Dünyada ən uzun kanat yolunun Ermənistanda olduğunu bilirdinizmi?

5,7 km uzunluğu olan kanat yolu Tatev və Alidzor kəndlərini birləşdirir. Bərgüşad çayı üzərindən keçən kanat yolunun maksimal hündürlüyü 320 metrdir. Kanat yolu yerli əhali üçün ödənişsizdir, turistlər isə kanatla 11 dəqiqə 25 saniyəlik səyahət üçün 6 avro ödəməlidirlər. Kanatdan əldə olunan bütün gəlirlər Tatev monastırına ianə edilir. image Kanatın çəkilməsinin maraqlı tarixçəsi var.

Bildiyiniz kimi, Tatev kəndi Tatev monastırı ilə məşhurdur. 2000-ci illərdə Ermənistan hökuməti monastırın bərpası üçün layihənin icrasına başladı. Tikili çətin relyefə malik yerdə yerləşdiyi üçün yük daşımalarını həyata keçirmək qəliz görünürdü. image Buna görə, həmin hissəyə kanat yolunun çəkilməsi qərara alındı. Daha sonra infrastrukturdan turzim məqsədi ilə istifadə etmək barədə qərar qəbul edildi. Kanat yolu turizm üçün uyğunlaşdırıldı və dünyanın ən uzun kanat yolu kimi "Ginnesin Rekordlar Kitabı"na düşdü.

Vous aimez cette publication ?

Achetez un livre à Vusal Mammadzada

Plus de Vusal Mammadzada