A proposito di Vusal Mammadzada
jurnalist, blogger, sosial media tədqiqatçısı

Salam! Adım Vüsaldır. 2017-ci ildən aktiv bloggerlik fəaliyyətim var. Əsas mövzularım Ermənistan, ermənilər, Azərbaycanla əlaqəli siyasi proseslər və tarixdir.
Fəaliyyətimin əsas hissəsini YouTube kanalım təşkil edir. Bununla birlikdə, araxada qalan müddət ərzində Telegram platformasında "HayClub" adlı layihəyə də başlaya bilmişəm.
Əslində, planlar böyükdür, görüləsi işlər isə çoxdur. Keyfiyyəti artırmaq üçün komandaya ehtiyacım var. Əsas hədəfim müstəqil beyin mərkəzi yaratmaqdır.
Təbii ki, arzuların reallaşması üçün maliyyə dəstəyi lazımdır. Müstəqilliyimi qorumaq üçün heç bir siyasi təşkilatın və ya şəxslərin dəstəklərini qəbul etməmişəm. Bukmeyker kontorları və enerji içkiləri kimi zərərli vərdişlərə səbəb ola biləcək məhsulların reklamlarını yayımlamamışam. Belə olan halda, bir ümid yerim qalır - sizin dəstəkləriniz :) Əminəm ki, büdcənizdən kiçik məbləğlər ayırıb layihəmə dəstək olacaqsınız. Sizin kiçik məbləğlər mənim üçün böyük büdcə formalaşdıracaq və sizə daha keyfiyyətli məhsullar təqdim etmək imkanı qazanacağam.
Hər birinizə təşəkkür edirəm!
Sostenitori recenti




