Bir fotonun tarixçəsi: Osmanlı ermənilər ...

Bir fotonun tarixçəsi: Osmanlı ermənilərinə Amerika yardımı

Mar 30, 2023

1896-cı ildə Ərəbgir şəhərində (Osmanlı İmperiyası) Amerika Qızıl Xaç Cəmiyyətinin nümayəndələri erməni qadınlara əyirici çarxlar paylayırlar. Foto Amerika Qızıl Xaç missiyasının üzvü Ernest Meyson tərəfindən çəkilib. imageFotoşəkil ilk dəfə 1896-cı ilin sonlarında Vaşinqtonda nəşr olunan Klara Bartonun (Amerika Qırmızı Xaçının yaradıcısı) "Kiçik Asiyada Amerika Qırmızı Xaç Yardım Missiyası" kitabında dərc edilib.

74 yaşlı Klara Barton 1896-cı ilin fevralında İstanbula gəlmişdi. O, Osmanlı dövlət rəsmiləri ilə görüşlərdən sonra Şərqi Anadoluda yaşayan ermənilərə yardımlar göndərmək barədə razılıq aldı. Amerika Qırmızı Xaç Cəmiyyəti, təxminən 6 ay ərzində Şərqi Anadoluya 4 missiya göndərdi.

Yardımlar çərçivəsində həmin ərazilərdə yaşayan qaçqınlara və imkansızlara, həmçinin ermənilərə ərzaq, dərman, geyim, oraq, əyirici və dəzgahlar verildi.

Gefällt dir dieser Beitrag?

Kaufe Vusal Mammadzada einen Buch

Mehr von Vusal Mammadzada