1896-cı ildə Ərəbgir şəhərində (Osmanlı İmperiyası) Amerika Qızıl Xaç Cəmiyyətinin nümayəndələri erməni qadınlara əyirici çarxlar paylayırlar. Foto Amerika Qızıl Xaç missiyasının üzvü Ernest Meyson tərəfindən çəkilib.
Fotoşəkil ilk dəfə 1896-cı ilin sonlarında Vaşinqtonda nəşr olunan Klara Bartonun (Amerika Qırmızı Xaçının yaradıcısı) "Kiçik Asiyada Amerika Qırmızı Xaç Yardım Missiyası" kitabında dərc edilib.
74 yaşlı Klara Barton 1896-cı ilin fevralında İstanbula gəlmişdi. O, Osmanlı dövlət rəsmiləri ilə görüşlərdən sonra Şərqi Anadoluda yaşayan ermənilərə yardımlar göndərmək barədə razılıq aldı. Amerika Qırmızı Xaç Cəmiyyəti, təxminən 6 ay ərzində Şərqi Anadoluya 4 missiya göndərdi.
Yardımlar çərçivəsində həmin ərazilərdə yaşayan qaçqınlara və imkansızlara, həmçinin ermənilərə ərzaq, dərman, geyim, oraq, əyirici və dəzgahlar verildi.
