Venice xatirələri

Venice xatirələri

Nov 17, 2025
279

Venice necə özünəxas, xarakterli şəhərdir. Xarakterli şəhərlər çox olur, lakin bəzən hamısı səni həm içinə alıb, həm də öz halına buraxmır; bəzi şəhərlər öz soyuğu ilə istiqanlılığını və ya soyuqqanlılığını ölçür. Bəzi şəhərlər sürətini, bəziləri nə qədər susa bildiyini, bəziləri də nə qədər əylənə bildiyini ölçür. Venice isə bir dəniz şəhəridir, adadır. Adalar çoxdur, ən yaxını, görmək şansımız daha çox olan İstanbul adaları kimi. Amma İstanbul adaları bəyliyi, uzağın zadəganlığını hiss etdirir; Venice isə uzaqlarda, sularla bu qədər çiyin-çiyinə üzməyi hiss etdirir. Batmaqdan qorxmamağı hiss etdirir. Mənzilbaşına çatmaq üçün istifadə etdiyin (etməli olduğun) su nəqliyyatının mazot iyi o sulardan bir zamanlar keçmiş adamların həm də çox uzaq tarix olmadığını xatırladır.

Amma şəhər heç kəsə yas saxlaya bilmir, həyat hər tərəfdən öz axışında gedir. Dəniz şəhərləri gözəldir.

Ti piace questo post?

Offri un caffè a Narmin Shahmarzade

1 commento

Altro da Narmin Shahmarzade