Sıxıntı və yaradıcılıq

Sıxıntı və yaradıcılıq

Nov 17, 2025
305

Bu sözü iki formada işlədə bilərik: ürəyim sıxılır (aze), canım sıxılır (tr). Hər ikisinin fiziki sıxılmağından söhbət getmirsə, o zaman fərq nədədir?

Bayaq Demet Evgarın İbrahim Selimin verilişində qonaq olduğu qısa səhnə gördüm. https://youtu.be/hcnWtK3COE0?si=OFUwSK0byq7l7RP0 Evgar deyir ki, can sıxıntısı yaradıcılığa təkandır.

Yaratmaq? Nəyi və niyə?

Evgarın dediyi mənə doğuşun başlamasını xatırladır. Uşaq doğulmazdan öncə qadın bədəni uşağı bətnindən çıxarmağa hazırlaşır və uşaqlıq əzələlərinin (vagina) sıxılması (kasılma) ilə doğuş başlayır.

Keçmiş rəfiqələrimdən biri demişdi ki, özünü sıxaraq orqazm ola bilir. Orqazm da bir yaradıcılıqdır/nəsə yaranır-ən azından həzz.

Bəs insan sıxılmadan nəsə yarada bilərmi? Biz niyə sıxılırıq? (Sualı təsdiqdə vermişəm, görünür, nəyisə sıxılmadan yarada biləcəyimizə inanıram)

Öz ağlıma gələn asossassiyaları yazacam, bu böyük ehtimal başqası üçün fərqli formada ola bilər:

  • Sıxıntı həbs olunma hissi ilə əlaqəlidir

    Məsələn, doğuş nümunəsində ananın bədəni böyümüş, artıq çöldə (bətndən kənarda) yaşamaq iqtidarında olan canlını öz bədənindən çıxarır: sıxıntı həbsdən azad etmək/olmaq üçün təkandır. Yəni sıxıntı varsa, harasa həbs olan nəsə çıxmaq istəyir.

    Həbs olunan nədir və necə çıxa bilər? Bunun cavabı individualdır.

Həbsdən azad edən obyektlə həbsdən azad olan subyekt arasındakı münasibət təzadlıdır. Çünki azad edilən subyektin (a) uşağın, b) həzzin) yox, obyektin (A) ananın, B) insanın) arzusudur. Subyektin belə bir arzusu yoxdur, çünki subyekt obyekdən ayrılandan sonra müstəqilləşməli, özü özünü başqa formada reallaşdırmalıdır. Obyektin artıq özünü reallışdırmağı subyekti sonradan özünü reallaşdırmaq məcburiyyətində qoymağıdır. Əgər subyekt özünü reallışdırsa, artıq obyektə çevriləcək.

Yaradıcılıq o zaman obyektiv ola bilər ki, onu yaradan obyektdən müstəqilləşərək özü özünü inkişaf etdirsin. O zaman o sənə münasibətdə subyektiv olmaqdan çıxır və obyekt(iv) olur.

Yaradıcılığın ən uğurlu nəticəsi, sənə aid olanın sadəcə sənə aid olmadığını göstərməkdir. Yəni yaradıcılıq insan içinə çıxanda mənaya sahib olur. Necə ki, uşaq ana bətnindən çıxır və anadan müstəqil insana çevrilir. Necə ki, hansısa bəstə kiminsə içindən çıxır və kollektiv həzz vasitəsinə çevrilir.

Öz yazdığımdan bu suala çıxıram ki, yaradıcılıq kimin üçündür? Yəni biz kimin üçün nəsə yaradırıq? Yaratdığımızla nə deməyə çalışırıq?

Axırıncı suala yuxarıda cavab vermişəm, məncə. (Yaradıcılığın ən uğurlu nəticəsi, sənə aid olanın sadəcə sənə aid olmadığını göstərməkdir.) Güman ki, tam anlamadan. Çünki anlamadığım budur ki, biz niyə bunu göstərməyə çalışaq? Yəni yaradıcılıq niyə başadüşülməlidir?

Məsələn, Elza Seyidcahandan gözlənilən nədir? Niyə Elzadan Səməd Vurğun, Bəxtiyar Vahabzadə olmaq gözlənilir?

Yaradıcılıq anlaşılmadıqda inkar edilir. Çünki insan başa düşmədiyi, hiss etmədiyi şeylə bağ qura bilmir və bağ qura bilmədiyi şey onun üçün mənaya sahib deyil.

Yaradıcılıq kimin üçündür? Məsələn, insan niyə uşaq dünyaya gətirir? Bu onun nəyinə lazımdır?

Yuxarıdakı doğuş nümunəsində yaradıcılıq prosesi uşağın yaranmağı və yarandığının isbatı olaraq onu doğmaqdır. Amma insan kimisə sadəcə 9 ay bətnində daşımaq üçün uşaq dünyaya gətirmir; əksinə insanların arzuladığı yaradıcılığın nəticəsini görməkdir.

Nəticəsi görünən şey artıq yaradıcılığın bitdiyi nöqtədir. Yarananı görürüksə, bu yaradıcılığın o yaranan şeylə ölməyi deməkdir. Yaranan yalnız avtonom sağ qalma halında nə zamansa yaradıldığını-yaradıcılığı isbat edir.

İnsan ona görə uşaq dünyaya gətirir ki, doğulanın/yaradılanın obyektivləşməyi (subyektdən obyektə keçid etməyi) yaradıcının varlığını isbat edir: doğulmusansa, deməli, səni yaradıblar.

Söyüşlərdə yaradıcını (valideyni, bəzən nəsli (ən başdakını)) söymək bunun izahlarından biridir.) Yaratdığın varsa, yaradıcılığın səndən müstəqil yaşayaraq səni yaşadır.

Yarada bilməmək şüursuz ölüm arzusu ilə də əlaqəlidir: özü özünü yox etmək.

Ağlıma dar çanaq meymunlar gəldi. Təkamüldə maraqlı nümunələrdən biri dar çanaqlı meymunların bətnindən bala çıxara bilmədiyi üçün ölməyi, sonrakı meymunların bala çıxara bilmək üçün çanaqlarının genişlənməsi və təkamüldə sağ qala bilmələridir.

Təkamül deyir ki, sağ qalmaq üçün yaratmaq lazımdır. Yəni yaşamaq arzun ölüm arzuna qalib gəlməlidir ki, yarada biləsən.

Ölmək arzumuzdan imtina edə biləndə nəyisə yarada biləcəyik. Haramız sıxılırsa, orada yaradılmağı gözləyən nələrsə ola bilər.

Enjoy this post?

Buy Narmin Shahmarzade a coffee

More from Narmin Shahmarzade