NECƏ ÜZƏ BİLƏRƏM? - Təməl Üzgüçülük Qayd ...

NECƏ ÜZƏ BİLƏRƏM? - Təməl Üzgüçülük Qaydaları

Aug 22, 2022

5 dəqiqədə üzgüçülüyün təməl qaydaları ilə tanış olun.

Videoda qeyd olunmayan təhlükəsizliklə bağlı bəzi məlumatları nəzərinə çatdırmaq istəyirəm.

Bir çox insan boğulmaqdan qorxduğu üçün üzməyi öyrənmək istəmir. Ancaq bilmək lazımdır ki, alacağımız bir neçə çox sadə qabaqlayıcı tədbirlərlə boğulma riskini minimuma endirmək mümkündür. Bunun üçün nə etmək olar?

  • Yaxşı üzməyi bacaran biri ilə üzməyə get, tək üzmə. Yanında səni qoruyacaq birinin olduğunu bilmək qorxularını azaldacaq və sənə stimul verəcək.

  • Üzməyi axın olan suda, məsələn çayda öyrənməyə başlama. Əgər başqa imkanın yoxdursa, onda təcrübəli biri yanında olsun, ki hər hansısa təhlükəli vəziyyətdə, məsələn burulğanla rastlaşdıqda nə etməyin lazım olduğunu bilsin.

  • Öyrənmə mərhələsində ayaq üstə dura biləcəyin qədər dərinliyi olan suda üzməyə üstünlük ver. Belə olan halda gözlənilmədən nəsə olsa, özünü itirsən, ayağa durub nəfəs ala biləcəksən.

  • Üzməyə yeni başlamısansa və təcrübəli birinin köməyindən istifadə etmirsənsə, hovuzun dərin hissəsində üzmə

  • Dəniz, çay, göl kimi hərəkətli suda üzərkən mütləq qaydada diqqətli ol. Burulğan anidən səni özünə çəkə bilər və bu halda panikaya düşüb çırpınmaq səni daha da suyun dərininə aparacaq. Onun əksinə təmkinlə nəfəs al və sakit ol. Sahilə doğru irəlilə.

  • Üzmə öyrənmək vaxt alan prosesdir. Odur ki, tələsmə.

  • İldirım səsi eşitdikdə üzməni dayandır və sudan çıx. İldırım suyu hədəf ala və düşdüyü halda sudakı hər kəsi vura bilər.

Uğurlar!

Vous aimez cette publication ?

Achetez un café à Fuad Bayramov

Plus de Fuad Bayramov