Başqa yol bəyənmədim, ruhumu peşkəş elədim
Belə bir vəsilə ilə bəsirəti kəşf elədim
Aci gerçəkləri çılpaqlığı ilə bəxş elədim
Özümü itaətlə gün keçirən şəxs elədim
Gündəlik boşluğun dimdik üzünə qəşş eledim
Beləcə, daxilən.. rahat məna kəsb elədim
Qara qüvvələr, donsuz müqəvvalar qəsb elədim
Doğrunu tərs danışan kəzzablara qəsd elədim
Gör necə çəkilmişəm bir qırağa...
Dəyişmişəm...
Bərkimişəm...
Lazım gəlibmiş arada-sırada
Düşünmüşəm...
Sən demə - Bərk imişəm...
Düşüncələr aldı məni, boğdu məni, yordu məni
Nəfs ilə ruh tək-tənha, ac-yalavac qoydu məni
Həyatıma gələn, gedən yalan-palan sordu məni
Çalışsa da - bacarmadı batırmağa ordu məni
Gör necə çəkilmişəm bir qırağa...
Dəyişmişəm...
Bərkimişəm...
Lazım gəlibmiş arada-sırada
Düşünmüşəm...
Sən demə - Bərk imişəm...