Məna kəsb edən dəyişim v.2

Məna kəsb edən dəyişim v.2

Dec 07, 2025
117
Məna kəsb edən dəyişim v.2
00:00
03:03
Başqa yol bəyənmədim, ruhumu peşkəş elədim Belə bir vəsilə ilə bəsirəti kəşf elədim Aci gerçəkləri çılpaqlığı ilə bəxş elədim Özümü itaətlə gün keçirən şəxs elədim Gündəlik boşluğun dimdik üzünə qəşş eledim Beləcə, daxilən.. rahat məna kəsb elədim Qara qüvvələr, donsuz müqəvvalar qəsb elədim Doğrunu tərs danışan kəzzablara qəsd elədim Gör necə çəkilmişəm bir qırağa... Dəyişmişəm... Bərkimişəm... Lazım gəlibmiş arada-sırada Düşünmüşəm... Sən demə - Bərk imişəm... Düşüncələr aldı məni, boğdu məni, yordu məni Nəfs ilə ruh tək-tənha, ac-yalavac qoydu məni Həyatıma gələn, gedən yalan-palan sordu məni Çalışsa da - bacarmadı batırmağa ordu məni Gör necə çəkilmişəm bir qırağa... Dəyişmişəm... Bərkimişəm... Lazım gəlibmiş arada-sırada Düşünmüşəm... Sən demə - Bərk imişəm...
Vous aimez cette publication ?

Achetez un café à Iskandarli

Plus de Iskandarli

ConfidentialitéConditions